Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Bu barədə Şuşada İlham Əliyev bəyan edib
"Yaxın vaxtlarda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müntəzəm danışıqlar aparılacaq. Və əgər bu görüşdə Ermənistanın xarici işlər naziri Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımağa hazır olduğunu bəyan etmək qərarına gəlsə, o zaman, hesab edirəm ki, bu ilin sonuna qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlana bilər" - İlham Əliyev.