XƏBƏRLƏR / Hadisə

Hindistanda zavodda partlayış olub, 11 nəfər ölüb

Bu barədə TASS xəbər verib

Hindistanda zavodda partlayış olub, 11 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərkəzi Hindistanın Madxya-Pradeş ştatına daxil olan Bayraqarx yaşayış məntəqəsindəki gizli şəkildə fəaliyyət göstərən pirotexniki qurğular zavodunda partlayış baş verib.

    TASS xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər həlak olub.

    60 nəfərdən çox şəxsin yaralandığı bildirilib.