BLOQ

"Hizbullah" liderlərinə uğurlu hücumun arxasında nə durur?

Bunun üçün casus peyklərdən, dronlardan və kiber hücumdan istifadə edilir

"Hizbullah" liderlərinə uğurlu hücumun arxasında nə durur?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin "Hizbullah" liderlərinə uğurlu hücumlarının arxasında kəşfiyyatın bütün şöbələrinin uzun və çoxşaxəli işi dayanır.
    İsrail kəşfiyyatı "Hizbullah" üzvləri və onların iyerarxiyası və harada olduğu barədə məlumat toplamaq üçün illərdir terabaytlarla məlumat toplayır.
    "Hizbullah" döyüşçülərinin görüntülərini toplamaq üçün casus peyklərdən, dronlardan və kiber hücumdan istifadə edilib. Eyni zamanda, müşahidə kameraları, ağıllı avtomobillərin odometrləri (neçə km qət etdiyini göstərən), qohumlarının telefonları və televizor pultlarından mikrofonlar sındırılıb.
    Dəfn mərasimləri belə məlumatlanmaq üçün bir üsul oldu, axı dəfnlər zamanı yüksək komandirlərin qısa müddətdə kölgələrdən çıxması müşahidə olunur.
    Ancaq kəşfiyyat-zərbə xəttinin  zamanıfəaliyyəti zamanı toplanan və aşkarlanan məlumatlar sayəsində İsrail aviasiyası hədəfləri belə effektiv şəkildə vura bilir.