XƏBƏRLƏR / Hadisə

İki gün əvvəl dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

İki gün əvvəl dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.