XƏBƏRLƏR / İctimaiyyət

İki polisimiz işğaldan azad olunan ərazidə həlak oldu

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib

İki polisimiz işğaldan azad olunan ərazidə həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

    Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

    Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

    Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

    Araşdırma aparılır.