İ.Kobaxidze yenə Gürcüstanın Baş naziri postuna namizəddir
Parlamentin sədri vəzifəsinə isə yenidən Şalva Papuaşvilinin namizədliyi veriləcək
Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası Baş nazir vəzifəsinə təyin edilmək üçün İrakli Kobaxidzenin namizədliyini parlamentə təqdim edib.
Bu barədə hakim "Gürcü Arzusu" Partiyası məlumat yayıb.
İ.Kobaxidze 2016–2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub. 2019-cu ildə kütləvi etirazların ilk günündə istefa verib. 8 fevral 2024-cü ildən isə Gürcüstanın 16-cı Baş naziridir.
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Siyasi Şuranın iclasından sonra bildirib ki, Şalva Papuaşvili isə yenidən parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürəcək.