XƏBƏRLƏR / Sosial şəbəkə

İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

Bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib

İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.

    Bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib:

    "
    Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda çatdırdığım ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm.

    Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik.

    Ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq".