İlham Əliyev Donald Trampın paylaşımına cavab verib
Prezidentin cavabı rəsmi "X" sosial şəbəkə hesabında dərc edilib

Prezident İlham Əliyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Prezident Donald Tramp, TruthSocial hesabınızdakı xoş sözlərə görə təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişində və tarixi Vaşinqton Sammitinin keçirilməsində Sizin mühüm rolunuzu dərindən qiymətləndirirəm. Siz Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm", - dövlət başçısı paylaşımında qeyd edib.