Katrin Kolonna Bakı və İrəvanın Kişinyov görüşünü anons edir
Fransa xarici işlər naziri bu barədə Ermənistanda elan edib
Fransa Ermənistan və Azərbaycanın Kişinyovda yüksək səviyyəli dialoq aparacağına ümid edir. Bu barədə Fransanın xarici işlər naziri Katrin Kolonna İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
"Ümid edirik ki, Kişinyovda Praqada (keçən oktyabrda) keçirilən dialoqa bənzər yüksək səviyyəli dialoq keçirmək mümkün olacaq", - fransalı nazir bildirib.
2023-cü il iyunun 1-də Moldovanın paytaxtında 47 ölkənin liderləri, eləcə də Aİ rəhbərliyinin iştirak edəcəyi Avropa Siyasi Birliyinin toplantısı planlaşdırılır.
Azərbaycan və Ermənistan tərəfləri rəsmi olaraq tədbirdə iştirak etmək niyyətini hələ bəyan etməyiblər.