İlham Əliyev havaya elə-belə söz buraxmır VİDEO
Nə qədər ki, hələ humanistdir, sakitdir, istifadə edin, mərhəmət diləyin!
Qarabag ermənilərinə MÜRACİƏT!
O, elə-belə söz demir. Deyir və arxasında durur! Bir zabit kimi dəfələrlə sınamışam! Hər gün də erməni mətbuatını izləyirəm! Şükür Allaha! Dilinizdə yazıb oxumağı və danışmağı bacarırıq!
Bunu tək mən demirəm. Erməni hakimiyyəti və erməni politoqları da deyir və təsdiq edirlər ki, İlham Əliyev havaya elə-belə söz buraxmır. Xalqını aldatmır!
O, Qarabağ məsələsində nə deyirsə, onu da edir! Nə qədər ki, hələ humanistdir, sakitdir, istifadə edin, mərhəmət diləyin. Evlərinizi, mülklərinizi Dövlətimizə etibar edib satın. Təhlükəsizliyiniz üçün təminat istəyin, kömək lazımdırsa, yuk maşınları üçün müraciət edin! Bu son çıxış yoludur. Başqa çarəsi yoxdur. Mən bunu təcrübəli bir zabit kimi deyirəm.
02.12.1992-ci il tarixdə Malıbəyli və Quşçulara hücum etdiniz. Təbii ki, 366-cı alayın texnikaları və şəxsi heyətinin dəstəyi ilə. Üç gün, üç gecə döyüşdük. Kəndlərə girə bilmirdiniz. Amma 30 dəqiqə gecikdirilmiş bir qərar bütün kəndlərin və kənd camaatının kütləvi qırğınına səbəb olacaqdı. Biz nə Mudafiə Nazirliyi saydıq, nə o vaxtkı Prezidenti, güvənmədik, eləcə də siz.
Özünüz qərar qəbul edin. Heç kimə güvənməyin. Tez bir zamanda qəbul etdiyiniz qərar sizin sagqalma şansınızı daha da artırır. Oturun, fikirləşin. Əgər nəslinizdə Azərbaycan vətəndaşına, Ali Baş Komandanın əsgərinə və ya zabitinə güllə və ya mərmi atmamısınızsa, qalıb yaşayın, amma yoxlanacaqsınız, ələkdən keçiriləcəksiniz. Bunu da bilin!
Mən də oturub fikirləşirəm. Ağdam-Əsgəran 5 km, Əsgəran-Xocalı 3 km, Xocalı-Xankəndinin mərkəzi 5km = 13 km! Bu Azərbaycan Ordusunun 1 saatlıq işidir. Xocavənddən Malıbəyli üzərindən Xankəndinə 18 km - heç bir maneəsiz. Bu da Azərbaycan Ordusunun 1 saatlıq işidir. Başqa çox şeylər var! Qoy digərləri məxfi qalsin.
Sizi bağışlamaq Uca Allah qarşısında böyük bir günah işlətmək kimi bir şeydir. Özünüz düşünün. Viran qoyduğunuz və xarabalığa çevirdiyiniz şəhərlər və rayonlar, təhqir etdiyiniz qəbiristanlıqlar və donuz saxladığınız məscidlər... Çətin bu xalq sizi bağışlasın. Hər deyilənə və yazılanlara inanmayın. Sizi heç kim bağışlamayacaq. Ən yaxşısı köçüb getməkdir.
Günahlarınızı özünüz də bilirsiniz, amma düşünmədiniz ki, hər şey bir gün 180 dərəcə dəyişəcək!
Nə isə! Başqa çıxış yolunuz yoxdur! Bunu qardaş-qardaşa da deməzdi, amma mən sizə dedim. Seçim özünüzündür!
P.S. Onu da deyim ki, Ali Baş Komandanın çox pis və sərt üzü də var! Bunu da dedim ki, biləsiniz!