İlham Əliyev Olaf Şoltsla görüşmək üçün Almaniyaya gedəcək
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetindən məlumat verilib
Aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 17-də Almaniyaya səfər edib. Dövlət başçısı Münhendə Şolts və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.