XƏBƏRLƏR / İdman

İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

 “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.