İlin sonunadək Xocavənd rayonuna neçə ailə qayıdacaq?
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun açıqlaması

Bu ilin sonuna qədər Xocavəndin Hadrut qəsəbəsinə 79 ailənin, Qırmızı Bazar qəsəbəsinə 217 ailənin, Sos kəndinə isə 85 ailənin köçü nəzərdə tutulub.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Qeyd olunub ki, bu yaşayış məntəqələrindən başqa, ilin sonuna qədər Xocavənd şəhəri və ətraf kəndlərə ümumilikdə 1552 ailənin köçü nəzərdə tutulub: “Bu proses gələn il də davam edəcək. Bu rəqəm dəqiqləşdirilir, onun artma ehtimalı çoxdur”.