İlk Bakı-Ağdam qatarı Ağdam dəmir yolu vağzalına çatıb VİDEO
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb

Ağdam dəmir yolu vağzalı və avtobus stansiyası kompleksi Bakı-Ağdam marşrutu ilə hərəkət edən qatarı qəbul edib.
Bu haqda VİDEOnu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşıb.