XƏBƏRLƏR / Hadisə

İmişlidə bir neçə obyekt yanıb

Hadisə zamanı telefon və geyim mağazası, həmçinin bərbərxana yanaraq yararsız hala düşüb

İmişlidə bir neçə obyekt yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İmişli rayonunda bir neçə obyektdə yanğın baş verib.

    Hadisə İmişli şəhər Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Sözüngedən ünvandakı obyektlərin dam örtüyündə başlayan yanğın qısa müddətdə genişlənib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, alovun ətraf tikililələrə keçməsinin qarşısı alınıb.

    Hadisə zamanı telefon və geyim mağazası, həmçinin bərbərxana yanaraq yararsız hala düşüb.

    Faktla bağlı araşdırma aparılır.