XƏBƏRLƏR / Hadisə

İmişlidə qəza zamanı avtomobil yanıb, xəsarət alanlar var

Hadisə günorta saatlarında rayonun Qulubəyli kəndi yaxınlığında baş verib

İmişlidə qəza zamanı avtomobil yanıb, xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İmişli rayonunda qəza nəticəsində idarəetmədən çıxaraq yol kənarına düşən avtomobil yanıb.

    Hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb. Sahib Həşimovun idarə etdiyi "Peogeut" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb və avtomobildə yanğın başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, həmçinin İmişli rayon Təcili Təxirə Salınmaz Tibbi Yardım əməkdaşları cəlb edilib.

    Yanğın söndürülüb, qəza zamanı xəsarət alan sürücü və avtomobildə olan sərnişin İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.