İndiyədək Laçında 9 su elektrik stansiyasının təməli qoyulub
Bu barədə Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib
Prezident İlham Əliyevin azad olunmuş əraziləri “netto sıfır emissiya” elan etməsi ölkəmizdə yaşıl enerji strategiyasının əsas elementlərindən biridir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O bildirib ki, məhz bu gün Malıbəydə kiçik su elektrik stansiyasının istifadəyə verilməsi bunun bariz nümunəsidir.
“Bu stansiyanın istifadəyə verilməsi həm də məşğulluğun yaradılması baxımından da vacibdir. Burada ixtisaslı kadrların işləməsi potensialın atmasına imkan verəcək. İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub. Onların ümumi potensialı 80 meqavata yaxındır”, - M.Məmmədov deyib.