İndoneziya 10 milyard dollara 48 türk KAAN qırıcısı alır
Bu Türkiyə tarixindəki ən böyük müdafiə müqavilələrindən biri olacaq

İndoneziyanın Türkiyədən 48 KAAN beşinci nəsil döyüş təyyarəsi almaq üçün 10 milyard dollarlıq müqavilə imzalamağa yaxın olduğu bildirilir.
Müqavilə KAAN-ın ilk beynəlxalq ixracı və Türkiyə tarixindəki ən böyük müdafiə müqavilələrindən biri olacaq.
Jurnalist Hakan Çelikin sözlərinə görə, müqavilənin Cakartada keçiriləcək "Indo Defense 2025" sərgisi zamanı yekunlaşacağı gözlənilir. Danışıqlara Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin prezidenti, professor Haluk Görgün rəhbərlik edib.