İnternet sürətinə görə Azərbaycan neçənci yerdədir?
Speedtest Global Index xidməti məlumat verir
İnternet sürətinə görə Azərbaycan reytinqi
Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internet sürətinə görə 182 ölkə arasında 117-ci yerdə qərarlaşıb. Orta yükləmə sürəti 29,14 Mbit/s təşkil edib.
"Speedtest Global Index" xidmətinin məlumatına görə, Azərbaycan iyun ayı ilə müqayisədə bir sətir geriləyib.
Sabit genişzolaqlı internet sürətinə görə Sinqapur birinci (247,44), Kuba isə sonuncu (1,86 Mbit/s) yerdədir.
İyulda Azərbaycan mobil internet sürətinə görə üç pillə irəliləyərək 143 ölkə arasında 56-cı (41,77 Mbit/s) yerdə qərarlaşıb.
Mobil operatorlar siyahısında birinci yerdə BƏƏ (205,77 Mbit/s), Kuba isə sonuncu (3,87 Mbit/s) qərarlaşıb.
Bundan əlavə, iyulda Bakı mobil internetin sürətinə görə (44,94 Mbit/s) beş pillə irəliləyərək 171 şəhər arasında 73-cü yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə Dubay (BƏƏ) birinci yerdədir - 244,95 Mbit/s, sonuncu - Kubanın paytaxtı Havana - 3,70 Mbit/s.
Sabit genişzolaqlı internetin sürətinə görə Azərbaycanın paytaxtı iki pillə geriləyərək 138-ci yeri (29,50 Mbit/s) tutub.
Sabit genişzolaqlı internet üzrə şəhərlərin reytinqinə 195 şəhər daxildir. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi (271,66 Mbit/s), Havana isə sonuncu (1,81 Mbit/s) qərarlaşıb.