XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub

Bu barədə "The Wall Street Journal" qəzeti yazır FOTO

İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazasında İranın raket və dron hücumu nəticəsində vurulduğunu əks etdirdiyi iddia olunan yeni görüntü yayılıb.

    Görüntü son həftələrdə həmin bazaya yerləşdirilmiş “E-3 Sentry” tipli, “81-0005” bort nömrəli təyyarəyə uyğundur.

    Səudiyyə Ərəbistanındakı aviabazaya hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd istismara hazır “E-3 Sentry” təyyarəsi olub.

    "The Wall Street Journal" yazır ki, “E-3 Sentry” təyyarə parkı üçün hazır və dərhal istifadəyə yararlı alternativ mövcud deyil. Ən yaxın əvəzləyici kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin isə təxminən 700 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

    Qeyd edək ki, “E-3 Sentry” uzaq məsafədən hava məkanını izləmək, raket və pilotsuz uçuş aparatlarını aşkar etmək, həmçinin əməliyyatlar zamanı real vaxt rejimində koordinasiya üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə təyyarəsidir.