İran Azərbaycana səfir təyin edəcək
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gündəmdədir.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Bəqai prezidentin Azərbaycana səfərinin gündəmdə olduğunu açıqlayıb: “Prezidentin Azərbaycana səfəri gündəmdədir. Səfərin vaxtı və digər məqamları azərbaycanlı həmkarlarla müzakirə edilir”.
Bəqai eyni zamanda, İranın Azərbaycana səfirinin təyinatı ilə bağlı məlumat verərək bildirib ki, hazırda bu proses davam edir: “Hazırda səfirin təyinatı gedir və ümid edirik ki, bu, tezliklə yekunlaşacaq”.