İran Azərbaycandan elektrik enerjisi alışını artırıb
Məluatı Dövlət Statistika Komitəsi verib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 20,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsindən verdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 594 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 283 min kVt/saat və ya 1,4%, dəyər ifadəsi ilə 8 min ABŞ dolları, yaxud 1,4% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində İrandan Azərbaycana 537 min ABŞ dolları dəyərində, 18,9 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 min ABŞ dolları və ya 3,9%, həcm ifadəsində isə 758 min kVt/saat və ya 3,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saat elektrik enerjisi idxal edilib.