İran Əfqanıstan və Pakistanla sərhəddə divar çəkir
İran tərəfinin məlumatına görə, divar təhlükəsizlik təhdidlərini azaltmaq və s. üçün lazımdır
İran Pakistan və Əfqanıstanla həmsərhəd olan beş əyalətdə divar tikintisinə başlayıb.
Bu barədə Rusiya mənbələri İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə istinadən məlumat yayıb.
O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.
General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.