İran, Hindistan və Suriya Azərbaycana qarşı
120 ölkədən yalnız 3 ölkə səfirliyimizə edilən terror hücumunu pisləyən bəyanatın əleyhinə çıxış edib
Azərbaycan Qoşulmama Hərəkatında 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını pisləyən bəyanat səsə qoyub.
Hərəkata daxil olan 120 ölkədən yalnız Suriya və Hindistan İranın mövqeyini dəstəkləyib. Bu sənədlərin qəbuluna qarşı çıxan bu üç ölkənin əsas iddiası ayrı-ayrı ölkələrdə baş verən terror aktlarının Qoşulmama Hərəkatında əvvəllər pislənilməməsi və bu ölkələr arasında ikitərəfli məsələlərin beynəlxalq platformalara belə çatdırılmaması olub. Qoşulmama Hərəkatı kimi.. Hərəkat üzv ölkələrdə baş vermiş terror aktlarını pisləyən bir sıra sənədlər qəbul etsə də, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini qeyd edib.