XƏBƏRLƏR / Qonşular

İran ABŞ və İngiltərəyə təhdidləri təkzib edib

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Beqai bəyanat verib

İran ABŞ və İngiltərəyə təhdidləri təkzib edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran ABŞ və müttəfiqlərinin dövlət təhdidləri ilə bağlı ittihamlarını “gülünc” adlandırıb.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Beqai ABŞ, İngiltərə və digər Qərb ölkələrinin İran kəşfiyyat xidmətlərinin öz ərazilərində artan təhdidləri ilə bağlı ittihamlarını rədd edərək, onları “əsassız və gülünc” adlandırıb. Onun sözlərinə görə, bu bəyanatlar diqqəti ən mühüm problemlərdən, xüsusən də Qəzza zolağındakı vəziyyətdən yayındırmaq cəhdidir.

    Bekai vurğulayıb ki, ittihamları irəli sürən ölkələr “özləri terrorçu qrupları dəstəkləyir və beynəlxalq hüququ pozur”.