İran nümayəndə heyətinin imza səlahiyyəti yox idi
Bunu İslamabaddakı ABŞ-İran danışıqları haqda ABŞ Vitse-prezidenti CD Vens açıqlayıb
ABŞ Vitse-prezident CD Vens keçən həftəsonu Pakistandakı İran komandasının hətta razılaşma sazişinin bağlamaq səlahiyyətinin olmadığını açıqlayıb.
İddialara görə, onlar təsdiq üçün Tehrana qayıtmalı idilər.
"Nəticə etibarilə, biz məhz buna görə ayrıldıq. Nümayəndə heyəti heç nəyi imzalaya bilmədi. Şərtləri qəbul etməzdən əvvəl Ali Rəhbərin və ya başqa yüksək vəzifəli birinin təsdiqinə ehtiyacları var idi.
Biz çox şey təklif etdik və qırmızı xətlərimiz barədə çox aydın danışdıq. Prezident dedi ki, İranın normal bir ölkə kimi davranmasını görməkdən məmnun olarıq.
Top İranın meydanındadır".
1 dəqiqədən az