XƏBƏRLƏR / Həyat Tərzi

İran Prezidenti M.Pezeşkian Təbrizdə ürək əməliyyatları edir

Pezeşkian ixtisasca kardiocərrahdır

İran Prezidenti M.Pezeşkian Təbrizdə ürək əməliyyatları edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti, ölkənin ən tanınmış kardioloqlarından biri olan doktor Məsud Pezeşkian ağır mitral qapaq çatışmazlığından əziyyət çəkən 46 yaşlı kişini əməliyyat edib.

    Həmçinin, mitral qapaq prolapsası olan 36 yaşlı qadında da açıq cərrahiyyə əməliyyatı aparıb və qapaq dəyişdirilib.

    Ürək əməliyyatlarının hər ikisi Təbriz xəstəxanasında həyata keçirilib.

    Bu əməliyyatdan sonra ömürlük dərman qəbul etməyə ehtiyac yoxdur.

    İran mənbələri xəbər verir ki, Pezeşkian xəstələrindən hökumət tariflərindən başqa pul almır.