XƏBƏRLƏR / Dünya

İran Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü oldu

Rəsmi Tehran üzv dövlətləri inandırıb ki, bu bütün tərəflərin maraqlarına uyğun olacaq

İran Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edib, İran mətbuatı ŞƏT dövlət başçılarının sammitinin yekununda qəbul edilmiş Yeni Dehli Bəyannaməsinə istinadən xəbər verir.

    "Üzv dövlətlər İran İslam Respublikasının ŞƏT-ə tamhüquqlu üzv dövlət kimi qəbul edilməsinin tarixi əhəmiyyətini vurğuladılar", - sənədin mətnində deyilir.

    İran 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən ŞƏT-in əvvəlki sammitində assosiasiyaya üzv dövlət statusunun alınması ilə bağlı öhdəlik memorandumu imzalayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaninin qeyd etdiyi kimi, İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq.

    Şanxay Əməkdaşlıq Təşkilatı (çin. 上海合作组织) — 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 9 ölkə bu təşkilatın üzvüdür: Hindistan, Qazaxısttan, Qırğızıstan, Çin Xalq Respublikası, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və İran.