XƏBƏRLƏR / Rəsmi

İran səfirliyinin 4 əməkdaşı persona-non-grata elan edilib

İranın səfiri Seyid Abbas Musəvidən həmin şəxslərin 48 saat ərzində Azərbaycanı tərk etməsi tələb edilib

İran səfirliyinin 4 əməkdaşı persona-non-grata elan edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

    XİN-dən verilən xəbərə görə, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

    İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.