14:49
İranın xarici işlər naziri Abbas Əraqçı Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, tərəflər regional vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
***
09:54
İranın xarici işlər naziri Abbas Əraqçı Suriyada səfərdədir.
Bu barədə İran XİN-nin sözçüsü İsmail Baqai "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, onu paytaxt Dəməşqdə Suriyanın rəsmi şəxsləri qarşılayıb.
Qeyd edək ki, A.Əraqçı bundan əvvəl Beyrutda səfərdə idi.