XƏBƏRLƏR / Münaqişə

İran yenə Türkiyəyə raket tuşladı

Raket NATO hava hücumundan müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib

İran yenə Türkiyəyə raket tuşladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə İrandan atıldığı iddia edilən raketi yenidən məhv edib.

    "İrandan atıldığı və Türkiyə hava məkanına daxil olduğu iddia edilən ballistik raket, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan müdafiə və raketdən müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib", - deyə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.

    Nazirlik Türkiyə ərazisinə və hava məkanına qarşı yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən lazımi tədbirləri gördüyünü bildirib. O əlavə edib ki, regiondakı bütün inkişaflar milli təhlükəsizlik prioritetləri nəzərə alınmaqla yaxından izlənilir.