İranda bahalaşmaya görə əhali düyü ala bilmir
İranda düyü bazarında durğunluq davam edir
İranın Babol şəhər Düyü Satıcıları Birliyinin sədri Həsən Tağızadə deyib: Keçən il bazardakı düyünün 50%-dən çoxu satılmayıb. Düyü bazarında durğunluq davam edir".
Tağızadə əlavə edib: "Yeni ildə (İran təqvimi ilə) qiymətlər istehlakçıların alıcılıq qabiliyyətindən çox bahalaşdığı üçün bazarda heç bir dəyişiklik olmadı. Keçən il istehsal olunan düyünün 50%-dən çoxu qalır, lakin əvvəlki illərdə düyünün üçdə ikisi ilin ikinci yarısında satılırdı".
Onun sözlərinə görə, əvvəlcə əkinçilər satmaq istəməsələr də, bu gün müştəri yoxdur və düyü fermerlərin əlində qalıb.(Azadİran)