İranda etirazlar yatırılıb
İrandan gələn məlumatlara əsasında Associated Press agentliyi belə qənaətə gəlib
Qeyd olunur ki, Tehranın internetə girişi blokladığı həftə ərzində etirazları yatırmaq üçün qəddar tədbirlər görülüb və insan haqları təşkilatının məlumatına görə, bu etirazlar ən azı 2615 nəfərin ölümünə səbəb olub.
Şahidlər bildiriblər ki, son günlər əvvəllər müşahidə edildiyi kimi, gecə baş verən yanğınlar və ya küçələrdə iğtişaşlardan sonra dağıntılar müşahidə olunmayıb. Bundan əlavə, bir neçə gecədir şiddətli olan atəş səsləri də azalıb. (AP)

ABŞ prezidenti Donald Tramp Fox News-da yayımlanan bir reportajda iddia edir ki, onun ictimai xəbərdarlıqlarından sonra bir iranlı etirazçı artıq ölüm cəzası ilə üzləşmir.
Tramp bunu "xoş xəbər" adlandırdı və bunun davam edəcəyinə ümid etdiyini bildirdi.
1 dəqiqədən az