XƏBƏRLƏR / Qonşular

İranda həlak olan konsulun nəşi Azəraycana gətirilib

YENİLƏNİB

İranda həlak olan konsulun nəşi Azəraycana gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:10

    Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.

    Vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.

    ***

    13:02

    Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

    O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

    ***

    12:37

    İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.


    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.


    Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.

    O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.

    XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.