XƏBƏRLƏR / Həyat Tərzi

İranda kafelərdə canlı musiqi və dicey qadağan edilib

Bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib

İranda kafelərdə canlı musiqi və dicey qadağan edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Tehran əyalətində kafelərdə qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi qadağan edilib.

    İran mediası xəbər verir ki, bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib.

    Onun sözlərinə görə, kafelər yalnız öz fəaliyyət çərçivəsində işləməlidir:

    "Qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi, diceylərin iştirakı və qumar oyunları ilə bağlı fəaliyyətə qadağa qoyulub".

    Əli Rafiei bildirib ki, belə halları törədənlərə qarşı polis tədbirlər görür.