XƏBƏRLƏR / Hadisə

İranda meyvə-tərəvəz bazarında helikopter qəzaya uğrayıb

Bu barədə İran mətbuatı xəbər verir FOTO/VİDEO

İranda meyvə-tərəvəz bazarında helikopter qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:20

    İran mediası xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, bir nəfər yaralanıb.

    ***

    10:55

    İranda vertolyot qəzaya uğrayıb. Bu barədə İRİB məlumat verir. VİDEO

    İlkin məlumatlara görə, bir müddət əvvəl İsfahan yaxınlığında yerləşən Darça şəhərindəki meyvə-tərəvəz bazarında helikopter qəzaya uğrayıb.

    Qəzaya uğrayan təlim helikopteri İran İslam Respublikası Ordu Hava Qüvvələrinə məxsus idi.

    Qəzanın səbəbi və mümkün itkilərlə bağlı rəsmi məlumatlar hazırda dəqiqləşdirilir.