İranda reper edam cəzasına məhkum edildi
"Tatulu" kimi tanınan iranlı reper Amir Hüssein Maqsudlu 2023-cü ildə Türkiyədən İrana deportasiya edilib

"Tatulu" kimi tanınan iranlı reper Amir Hüssein Maqsudlu edam cəzasına məhkum edilib. O, küfrdə təqsirli bilinib.
Bu barədə "The Guardian" qəzeti yazır.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Türkiyə "Tatulu"nu İrana deportasiya edib və orada dərhal saxlanılıb. Molla mətbuatı onun korrupsiya və fahişəliyi yaymaqda, qızlara, o cümlədən azyaşlılara qarşı zorakılıqda ittiham olunduğunu yazıb.
Əvvəllər "Tatulu" ölkə hakimiyyətini dəstəkləyib, xüsusən də seçkilərdə prezident Rəisiyə dəstək verib, nüvə proqramı və SEPAH-ı dəstəkləyən mahnılar oxuyub.