İranda baş verən zəlzələ üç vilayətdə hiss edilib
Bu barədə İran mediası xəbər verir
Bu gün səhər saatlarında İranın Xuzistan vilayətinin Hüseyniyyə şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ İranın qərb və cənub-qərbində yerləşən Xuzistan, İlam və Luristan vilayətlərinin sərhəd bölgələrində hiss olunub.
Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də mümkün dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
1 dəqiqədən az