XƏBƏRLƏR / Təbiət

İranda zəlzələ olub

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

İranda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata əsasən, yeraltı təkanların episentri Məşhəd şəhərindən 45 kilometr cənubda, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

    Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verməyib.