XƏBƏRLƏR / Diplomatiya

İrandakı səfirimiz portuqaliyalı həmkarı ilə görüşüb

Bu barədə "X"də məlumat paylaşılıb

İrandakı səfirimiz portuqaliyalı həmkarı ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlər müzakirə olunub.

    Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə portuqaliyalı həmkarı Marselo Voltye Matiasla görüşdə fikir mübadiləsi aparıb.

    "Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə səfirliyimizə nəzakət ziyarəti edən Portuqaliyanın İrana yeni təyin olunmuş səfiri Marselo Voltye Matiasla görüşüb", - səfirliyin "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib.

    Digər müzakirə mövzuları barədə məlumat verilməyib.