İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.
O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.
A.Hacızadə: "Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".