XƏBƏRLƏR / Kriminal

İrandan narkotik keçirmək cəhdlərinin ardı-arası kəsilmir

Dövlət Sərhəd Xidməti xəbər verir

İrandan narkotik keçirmək cəhdlərinin ardı-arası kəsilmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınmışdır.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.