İran Zəngəzur dəhlizinə qarşı olması barədə o qədər çox danışıb ki, artıq Zənqəzur dəhlizi olmayacaq, yerinə TRIPP olacaq. Onlar dar düşüncəli olduğuna və uzaqgörənlikləri olmadığına görə özləri bölgəyə amerikalıları gətirdilər.
Vilayəti isə əsasən öz adından danışır. Heç kim ondan xahiş eləmir. Xamenei ona nəzarət etmək üçün çox qocadır. Vilayəti özü də gənc deyil, 80 yaşı var. Amma bəzən keçmişi xatırlayaraq deyir: "Ah, gərək özümü gündəmə gətirim" (indi siyasi elmdə buna "Ramiz Mehdiyev sindromu" deyilir). Sakit otur, Vilayəti, mane olma, yoxsa səni də Yazıçılar Birliyinin sədri vəzifəsindən çıxararlar.
Gülməli olan odur ki, TRIPP Ermənistan ərazisində tikilir, lakin İran Azərbaycana qarşı iddialar irəli sürür: "İndi biz (nəhayət ki) başa düşürük: Zəngəzur dəhlizi və TRIPP eyni şeydir. Bunlar qırmızı muncuqlarla tikilmiş qırmızı xətlərdir. Olmaz!".
Görünür, İranda əsl sahibin kim olduğunu bilirlər.
1 dəqiqə