İranla Azərbaycan arasında tranzit daşımaları 15 faiz artıb
Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Ərdəbil vilayətinə səfəri zamanı deyib
İran ilə Azərbaycan arasında həyata keçirilən tranzit daşımaların həcmində 15 faiz artım müşahidə edilib.
Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Ərdəbil vilayətinə səfəri zamanı deyib.
Səfir Ərdəbil vilayətinin rəhbərləri ilə görüşündə diqqətə çatdırıb ki, İran və Azərbaycan prezidentlərinin İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən Zirvə toplantısı çərçivəsində görüş iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin əsasını yaradıb. Azərbaycan İranın mühüm və əhəmiyyətli qonşusudur və iki ölkə arasındakı əlaqələrin inkişafı xalqların mənafeyinə uyğundur. İranın Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə sərhəddə yerləşir ki, bu da iki ölkənin əyalətlərinin daha yaxın iqtisadi əlaqələr qurmasına imkan verir.
Diplomat qeyd edib ki, tezliklə nəqliyyat və enerji sahəsində həyata keçirilən birgə layihələr tamamlanacaq və iki dövlətin yüksək səviyyəli rəsmi şəxslərinin iştirakı ilə istifadəyə veriləcək.