İraq və Suriyadan Azərbaycana 412 nəfər gətirilib
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib
Ötən il İraq və Suriyadan Azərbaycana 412 nəfər deportasiya edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair mətbuat konfransında deyib
Qurum rəhbəri bildirib ki, deportasiya olunanlardan 380-i uşaq, 32 nəfər isə qadındır. Bu il adıçəkilən ölkələrdən 66 nəfər Azərbaycana deportasiya edilib ki, onlardan 64 nəfər sığınacaqda yerləşdirilib və sonradan ailələrinə qaytarılıb.