İraq və Suriyanın şimalında 6 terrorçu zərərsizləşdirilib
"TRT Haber" məlumat yayıb
Türkiyə Silahlı Qüvvələri terroru mənbəyini məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatları davam etdirir.
Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində 4 PKK/YPG, İraqın şimalında isə “Pəncə-kilid” əməliyyatı bölgəsində şəxsiyyəti müəyyən edilən 2 PKK terrorçusu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyi "Yorulmadan mübarizəyə davam!" ismarışını paylaşıb.