İrəvanda iki güclü partlayış baş verib, yanğın başlayıb FOTO
Partlayışın səbəbi və zərərçəkənlərin olub-olmaması hazırda məlum deyil YENİLƏNİB / VIDEO

17:18
Yük maşını İrəvanın mərkəzində aşaraq partlayıb.
Erməni KİV-i xəbər verir ki, hadisə Dövlət Nəzarət Xidməti binasının yaxınlığında - Ermənistan prezidentinin iqamətgahının arxasında baş verib.
***
17:03
Toqquşmadan sonra 4 avtomobil yanır: 3 minik avtomobili və bir betonqarışdıran.
Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
***
16:48
Hadisə şahidləri bildiriblər ki, betonqarışdıran maşın aşıb və partlayıb. VIDEO
Hazırda yanğınsöndürənlər baş vermiş yanğını söndürməyə çalışırlar.
***
16:32
Bir az əvvəl İrəvanın mərkəzindəki küçələrdən birində azı iki güclü partlayış səsi eşidilib. VIDEO
Əvvəlcə alov görünüb, sonra tüstü buludu qalxıb. Xilasetmə xidməti həyəcan siqnalının daxil olduğunu qeyd edib.
Hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib.
Partlayışın səbəbi hazırda məlum deyil.