İslamda köləlik niyə ləğv olmadı sualını verənlər ya İslam tarixini oxumayıblar, ya oxuyublarsa, düz başa düşməyiblər. Bunu şəriət kitablarına hökm olaraq salan alimlərimiz isə, sadəcə, dini Qurandan və onu yaşayan Peyğəmbərdən yox, əxbairiliyin saxta hədis kitablarından əxz ediblər. 12-13-cü ayələrə nəzər salaq.
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
(O) bir kölə azad etməkdir;
İndi isə gəlin, paralel olaraq ayəni qəbul edib onu həyata daşıyan peyğəmbərin həyatına nəzər salaq. Bir nəfər mənə peyğəmbərin ömrünün son günlərinə qədər tək bir nəfər köləsinin adını çəksin. Zeyd? Onu Xədicə evliliyin əvvəlində peyğəmbərə hədiyyə edir, o da onu azad edib oğlluğa götürür. Başqa varmı? Mariya? Onu da hədiyyə olaraq göndərsələr də, azad edərək Mariyanın evlilik təklifini qəbul edərək onunla evlənir.
İndi sual yarana bilər. Bəs sonraki xilafətlər zamanındaki kölələri nə edək?
İslam və Quran həyatda olmadan necə istəyirsiniz edin.
İndi isə peyğəmbərin onlar barədə etdiyi tövsiyəyə nəzər salaq: "Kölələrinizə yediyiniz yeməklərdən verib, geyindiklərinizdən geyindirin və süfrənizin arxasında oturdun". İnsana belə bir diqqət ailə üzvlərində olmurmu? Köləliyi başqa cür necə aradan qaldırmaq olur?
Elə isə nə üçün onlara "kölələrinizə" deyir? Bəs başqa nə deməli idi? Qonşu uşağa?
Bir anlıq baxdığınız seriallardakı xidmətçiləri xatırlayın. Onlar ev sahibi olan varlılarla eyni süfrə arxasında oturub onlarla eyni yeməyi yeyirlərmi? Onların bahalı paltarlarından geyinirlərmi? Əsla!
Amma həmin toplum utanmadan islamda köləliyi tənqid edir.
Məkkənin fəthindən, ondan əvvəl baş verən Bədr, Hüneyn və başqa döyüşlərdən əldə olunan əsirlərin siyahisi varmı? Onlar kölə deyildilərmi? Axı onlar müəyyən şərtlər əsasında azad edildilər.
Cariyə! Bu, peyğəmbərdən sonra xilafətin qadın istismarından başqa bir şeyi olmadı! Amma tarixi səbəblər bir müddət sahibsiz insanların kimlərinsə himayəsində olma zərurətindən xəbər verir. Çünki onlar tam sərbəst buraxılsaydılar, cəmiyyət özü onları məhv edəcəkdi.
Bu və bu kimi səbəblər insanların bir müddət kimlərinsə himayəsində qalma zərurətini tələb etdi, şəriət kitablarında buna dair fəsillər də ayrılıb. Doktor Əli Şəriəti haqlı olaraq şəriət kitablarına belə bir irad tutur. XX əsrdə (yaşadığı dövr) çapa verilib, dini mədrəsələrdə və universitetlərdə tədris olunan şəriət kitablarında biz "Qul alqı-satqısı" başlıqlı ayrıca fəsillər görürük. Amma universitet müəllimləri bunu tədris etmirlər, ixtisara salır və imtahan suallarına salmırlar. Niyə? Lazım deyilsə, niyə hər dəfə kitablarda dərc edilir? Dərc edilirsə, niyə tədris olunmur? Niyə şəriət kitablarında islahata ehtiyac duyan yüzlərlə hökm hələ də səhifələrdə qalır?
Bəli! İSLAMIN bir nömrəli təmsilçisi və təbliğçisi olan Allah peyğəmbəri öz həyatında köləliyi ləğv etdi və Allah yalnız onu ümmətə ən gözəl örnək təqdim etdi...