XƏBƏRLƏR / Qonşular

İsmayıl Qaani sağdır

Bunu SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi deyib

İsmayıl Qaani sağdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin vəziyyəti yaxşıdır və işini davam etdirir.

    Bunu SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi deyib.

    General bildirib ki, Qaani sağlamdır və aktivdir.

    Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin öldüyünə dair xəbərlər yayılıb.