BLOQ

İsrail-İran münaqişəsinin məxfi ssenarisi

Rejissor Darren Aranofski. “Ayətullah” kodu kimə aiddir?

İsrail-İran münaqişəsinin məxfi ssenarisi
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bəli. Şahidi olduğumuz 12 günlük İsrail-İran-ABŞ müharibəsinin tam məxfi ssenarisi ilə çoxdan tanışam. Hələ 5 sentyabr 2008-ci ildən. Ssenarisini də oxumuşam. Ssenarisi ilə çəkilmiş tam məxfi filmə qapalı bir kinozalda tamaşa da etmişəm. Axı gələcək siyasi, hərbi əməliyyatların projesi, süjeti əvvəlcə iki nüsxədə, iki filmdə reallaşdırılır. Gerçəkləşir. İki film çəkilir. Biri gözaldadıcı, izazdırıcı olur. O geniş ekranlara buraxılır. Məqsədi, ana hədəfi ictimaiyyəti aldatmaqdır. Gələcək hərbi əməliyyat barədə yanlış məlumatlar ötürməkdir mətbuata.

    Beləliklə, İsrail-İran arasındakı filmin, üzr isəyirəm, müharibənin süjeti hələ 2008-ci ildə ABŞ-da, Hollivudda yazılıb. Bütün məxfi sirlər aşkarda gizləndiyi kimi, bu müharibə ssenarisi də aşkarda, adi bir Hollivud filmində gizlədilib. “Rejissor” Darren Aronofskinin "Güləşçi” (ing. "The Wrestler") filmində. Süjet sadədir - Robert Ramzinski adlı bir bir köhnə restlinq pəhləvanı artıq qocalıb. Supermarketdə mühafizəçi işləsə də… Döyüş meydanlarına atılmaq kimi xam xəyallara da düşür hərdən. Xüsusi iynə-dərmanla gələcək döyüşlərə hazırlaşmağa başlasa da… Qəfil ürəyi bütün bu təzyiqlərə dözmür… Urəyinə stent qoyduqdan sonra  qəfil sanki ikinci nəfəs, ikinci bədən, həyat qazanır elə bil. İkinci dəfə bəxt ulduzunu sınmaq istəyir hətta.

    20 il əvvəl, öncə vuruşduğu “Ayətullah” kod isimli, nikli, özü kimi bir başdanxarab restlerlə revanş döyüşünə hazırlaşmağa başlayır. Hamı deyir ki, gicləmə. Ürəyin xəstədir.

    Ancaq…

    Ancaq “əlahəzrət təsadüf” bütün şəkk-şübhələrə nöqtə qoyur qəfil. Supermarket müştərilərindən biri qəfil gözünü taxçalardan ayırır. Qoca mühafizəçinin üz qırışları arxasındakı köhnə pəhləvanı tanıyır.

    Hə… məhz bu epizoddan sonra qoca güləşçi Robert Ramzinski idmana qayıtmaq... Ayətullahı bir yumruqla yerə yıxmaq qərarını verir özünə.

    “Ram Jam” zərbəsi ilə Ayətullah üzərində qələbə əldə edir.

    Film 5 sentyabr 2008-ci ildə 65-ci Venesiya Film Festivalında baş mükafata layiq görülmüşdür.

    Xatırladıram. Donald Tramp həqiqətən restlinq idmanı həvəskarıdır. Restlinq biznesində xüsusi ad çıxarmış Vins Makmenlə yaxından, həm də çoxdan, hələ 2007-ci ildən tanışdır. İkisi də bəzən restlinq döyüşlərində min bir oyundan çıxıblar. Tramp hətta döyüşlərin birində rinqə də atlanıb. Ətrafına pul əskinasları səpələməyə, şabaş yağdırmağa başlayıb.

    Bu döyüşə sonralar ssenaristlər “Milyarderlər savaşı” adını veriblər.

    Trampın qladiatoru Bobbi Leşli olub, Makmeninki Umaqa adlı bir başqası.

    P.S. Süni intellektdən restlinq haqda cavab istəyəndə, eşidin görün o nə deyir:

    “RESTLİNQ “Güləş və ya güləş (ing. Professional wrestling, pro-wrestling, hərfi mənada - "peşəkar mübarizə") gedişi və nəticəsi əvvəlcədən müəyyən edilən güləş və aktyor oyunu elementləri ilə matçları əhatə edən idman əyləncəsi növüdür. Matçlar müəyyən personajların rolunu oynayan ifaçılar (güləşçilər) arasında keçirilir. Süjet xətləri adətən xoş niyyətli "faces" və pis "hils" arasındakı şəxsiyyətlərarası qarşıdurmalar ətrafında qurulur”.

    NO KOMMENT, necə deyərlər.

    İndiki dövrdə süni intellektlə mübahisələr əbəsdir.

    İran-İsrail haqda qənaətlərimi də, məhz, bax bu Süni İntellekt də bölüşür, biləsiniz ha....

    Bütün bunlara nəzərə alıb, qərara gəldim, müharibə ssenarisi haqda bir dosye hazırlayım:

    DOSYE: İRAN-İSRAİL SAVAŞI

    ÖMRÜ: 12 GÜN

    JANRI:RESTLİNQ. REALİTİ ŞOU

    SİFARİŞÇİSİ: DONALD TRAMP

    RESTLERLƏRİ: BENYAMİN NETANYAHU, DONALD TRAMP, İRAN AYƏTULLAHLARI

    "FEYS RESTLER", YƏNİ MÜSBƏT, SADƏLÖVH RESTLER NETANYAHUDUR.

    "HİLS RESTLER", YƏNİ MƏNFİ KODLU RESTLER İSƏ SEYİD ƏLİ XOMENEİDİR.

    BU ŞOU-DÖYÜŞDƏ NƏTİCƏLƏR ƏVVƏLCƏDƏN BƏLLİDİR.

    TRAMP İDMAN, MÜHARİBƏ NÖVLƏRİ İÇİNDƏ BU JANRA HƏMİŞƏ ÜSTÜNLÜK VERİB.

    İRAN-İSRAİL SAVAŞINI DA BU JANRDA SİFARİŞ EDİB.

    MÜHARİBƏNİN BAŞLANĞIC NÖQTƏSİNİ - CÜMƏ GÜNÜ, AYIN 13-ü RƏQƏMSAL KODUNU DA MƏHZ O SEÇİB.

    Mistik xronologiyada 13-ü cümə ğünü xüsusi mənaya malikdir. Təqvimdə məhz bu ğünün seçilməsi ğöstərir ki, əməliyyat çoxdan hazırlanıb. Tarixi isə Netanyahu yox, məhz Tramp seçib. Çünkü 13-ü cümə ğünü xofu ABŞ protestant mistikasıdır. Yəhudilər bu tarixə biganədirlər.

    Hücumun mistikasını Tramp müəyyənləşdirib. Öz mistik işarəsini gizlədib, müəlliflik haqqını gizlədib bu vacib detalda.